Xəzər Xəbər

ABŞ-dan Türkiyəyə 4 şərt – VİZA BÖHRANI

Dünya | 12:34 • 18 Oktyabr 2017
ABŞ-dan Türkiyəyə 4 şərt
ABŞ-Türkiyə arasında viza böhranı davam edir.

ABŞ Türkiyə qarşısında 4 şərt irəli sürüb.

1. Metin Topuz və Mete C. ilə bağlı dəlillər verilməlidir.
2. Konsulluq əməkdaşlarına dair araşdırma haqda ABŞ-a məlumat verilməlidir.
3. Təmasların ABŞ-ın istəyinə uyğun olub-olmadığı dəqiqləşdirilməlidir.
4. Konsulluq əməkdaşları ABŞ-ın istəyi ilə təmaslar qurubsa, həbs olunmamalıdır.

Türkiyə isə heç bir şərti qəbul etmədiyini bildirib.

"Habertürk” qəzetinə danışan diplomatik mənbə "ilkin şərti qəbul etmirik, ABŞ-la müzakirələr şərt olmadan başlamalıdır”, deyə bildirib./publika.az

Xəbər lenti