Xəzər Xəbər

Ukraynada İkinci Dünya müharibəsinə aid alman gəmisindən 12 min partlayıcı silah çıxarılıb - FOTO

Dünya | 16:58 • 6 Oktyabr 2017
Ukraynada İkinci Dünya müharibəsinə aid alman gəmisindən 12 min partlayıcı silah çıxarılıb -

İkinci Dünya müharibəsi dövründə Ukraynanın Odessa vilayətinin Tatarbunar rayonu ərazisindəki batırılan alman gəmisindən 12 min partlayıcı silah – mərmi, güllə, detonator çıxarılıb.


AZƏRTAC xəbər verir ki, Odessa vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti Baş İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qara dəniz ərazisində sovet gəmiləri tərəfindən batırılan alman "Teodorix” gəmisindən silah-sursatın çıxarılması üçün 10 nəfər xilasedici çalışır. Gəmi dənizin 15 metr dərinliyində tapılıb.


Qeyd edək ki, alman gəmisi birinci dəfə 1941-ci ildə batırılmışdı. O vaxt faşist ordusu onu çıxarmağa nail olmuşdu. Lakin Sovet gəmiləri 1943-cü ildə yenidən "Teodorix” gəmisini məhv etməyə nail olmuşdu.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024