Xəzər Xəbər

ABŞ Venesuelanı neft embarqosu ilə hədələdi

Dünya | 11:53 • 22 Sentyabr 2017
ABŞ Venesuelanı neft embarqosu ilə hədələdi
ABŞ Venesuelaya qarşı neft embarqosu tətbiq edə bilər. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Onun sözlərinə görə, rəsmi Karakas ölkədə demokratik proseslərin bərpasına başlamazsa, Vaşinqtonun neft idxalına qadağa qoyması istisna deyil.

Birləşmiş Ştatların bu addımı prezident Maduronun nüfuzuna və ölkə iqtisadiyyatına ciddi zərbə vura bilər. ABŞ Venesueladan təkcə ötən il 10 milyard dollar dəyərində neft alıb ki, bu da Latın Amerika ölkələrindən idxalın 92 faizini təşkil edir./faktxəbər

Xəbər lenti

Çox oxunanlar