Meksikada zəlzələ nəticəsində azı 204 nəfər ölüb.
TASS-ın məlumatına görə, qəza-xilasetmə xidmətinin rəisi Luis
Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu
təsdiqləyib.
Onun "Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi
barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər
Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər
Herreroda ölüb.