Xəzər Xəbər

Fransa Ermənistana yeni səfir təyin etdi

Dünya | 12:55 • 12 Sentyabr 2017
Fransa Ermənistana yeni səfir təyin etdi

Fransa Ermənistanda yeni fövqəladə və salahiyyətli səfir təyin edib.

Müvafiq fərman, sentyabrın 11-də Fransa prezidenti Emanuel Makron tərəfindən imzalanıb. Yeni səfir Conatan Lakot bu vəzifədə sabiq səfir Jan-Fransua Şarpantyeni əvəz edəcək.

Qeyd edək ki, sentyabrın 15-də, Conatan Lakotun 45 yaşı olacaq. O, 2014-cü ilin mart ayından etibarən Böyük Britaniyada Fransa səfirinin məsləhətçisi olub.

Daha öncə, Fransa Xarici İşlər Nazirliyində, Avropa İşləri üzrə Katiblik Ofisində, Fransa, Almaniya, Monteneqro və keçmiş Yuqoslaviya Respublikasında Fransanın diplomatik nümayəndəliklərində çalışıb. İngilis, Alman, Rus, İspan, Estoniya, Macarıstan, Serb dilini bilir.

Xəbər lenti