Xəzər Xəbər

"Bəşər Əsədlə görüşmək niyyətim yoxdur" Ərdoğan təkzib etdi

Dünya | 13:11 • 12 Sentyabr 2017
"Bəşər Əsədlə görüşmək niyyətim yoxdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə gizli görüşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən Türkiyəyə dönərkən jurnalistlərə müsahibəsində görüş barədə xəbəri təkzib edib : "Əsədlə görüşməmişəm, görüşmək niyyətim də yoxdur!".

Qeyd edək ki, Astanada Suriya üzrə danışıqlarda barışığın zamini kimi Rusiya və İranla yanaşı Türkiyə də iştirak edir.

Suriya üzrə danışıqların altıncı raundu Astanada 14-15 sentyabrda olacaq./AzNews.az

Xəbər lenti

Çox oxunanlar