"Sən kimsən Türkiyə prezidenti ilə
danışırsan!? Həddini bil. Bizə dərs keçməyə çalışır. Sən nə vaxtdan
siyasətdəsən? Neçə yaşın var? Bizim həyatımız siyasətdə mübarizələrlə
keçib”
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya XİN rəhbəri Ziqmar Qabriellə bağlı çıxışında deyib.
Ərdoğan almaniyalı naziri onun haqqında dediyi sözlərə görə sərt tənqid edib.
"Almaniyanın bizə qapı açıb-açmamasının heç bir önəmi yoxdur. Bizə
açılan qapılar yetərlidir. Qapılarını bizə açan ölkələrə məmnuniyyətlə
gedirik və qapımız onlara açıqdır.
Biz onlara 4 min terrorçunun adı olan siyahı vermişik. Heç bir cavab
gəlmədi, hələ üstəlik, onlar özlərini bir-iki nəfərin azad edilməsini
xahiş etməkdə haqlı bilirlər. Qüsura baxmayın, amma sizdə olduğu kimi,
bizim də hüquq və qanunumuz var. Hələ bu xarici işlər naziri! Öz yerini
bilmir! Sən kimsən ki?!".
Xatırladaq ki, Ziqmar Qabriel Türkiyə prezidentinin Almaniyada yaşayan
türklərə Bundestaqa seçkilərlə bağlı etdiyi çağırışı AFR-in
suverenliyinə müdaxilə aktı kimi qiymətləndirmişdi.