Xəzər Xəbər

“Big Ben” 157 il sonra fəaliyyətini dayandırır – Saat sonuncu dəfə bu gecəyarı zəng çalacaq

Dünya | 16:18 • 14 Avqust 2017
“Big Ben” 157 il sonra fəaliyyətini dayandırır

Böyük Britaniyanın əsas turizm mərkəzlərindən biri olan "Big Ben” saat qülləsi bu gecəyarısı fəaliyyətini dayandıracaq.

Buna səbəb saatın təmir-bərpa işlərinə ehtiyac olmasıdır. Saat sonuncu dəfə bu gecəyarı zəng çalacaq. Təmir-bərpa işləri 4 il davam edəcək. "Big Ben” 2021-ci ildə turistlərin xidmətinə açılacaq. Saat sonuncu dəfə 2007-ci ildə təmir edilib.

Hər il yüzlərlə turist cəlb edən məşhur turizm mərkəzinin əsl adı Elizabet Qülləsidir. Qüllənin hündürlüyü 96 metr, çəkisi isə 13.7 tondur.

"Big Ben” saat qülləsi 1859-cu ildə inşa olunub./AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024