Xəzər Xəbər

Ukrayna Rusiya ilə sərhəddə "aşılmaz divar" tikir

Dünya | 15:46 • 7 Avqust 2017
Ukrayna Rusiya ilə sərhəddə "aşılmaz divar" tikir

Ukrayna Rusiya ilə sərhəddə dəmir sədlərin çəkilməsinə ildə 500 milyon qrivn xərcləyir.

Bunu Ukrayna Sərhəd Xidmətinin Rəisi Pyotr Çiqikal bildirib.

Onun sözlərinə görə, qeyd olunan rəqəmlər il üçün yalnız lazım olan vəsaitin 55 faizini təşkil edir. Bundan əlavə 274,6 kilometr tank əleyhinə arx, 47.1 kilometr nəzarət zolağının hazırlanması nəzərdə tutulub.

May ayında Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov Ukraynanı Rusiya ilə sərhəddə "aşılmaz divar" qurmağa çağırmışdı. Ukrayna Ali Radasının birinci müavini Borislav Bereza isə həmin "aşılmaz divar"ı bostan çəpərinə bənzətmişdi. O, hətta bu çəpərin nəinki düşməni, heç vəhşi dovşanın belə önünü kəsə bilməyəcəyini vurğulamışdı.

Xatırladaq ki, "Aşılmaz divar" layihəsi 2014-cü ildən qüvvəyə minib. Dəmir səd 2000 kilometr ərazini əhatə edəcək. Sərhəd boyunca nəzarət qüllələri, tank əleyhinə minalar və arxlar, siqanalizasiya sistemi qurulacaq.

Dəmir sədlərin çəkilməsi üçün 2018-ci ilə qədər 200 milyon dollar vəsait xərclənəcək./avision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024