Xəzər Xəbər

Rusiya Rumıniyaya sərt etiraz bildirib

Dünya | 09:39 • 29 İyul 2017
Rusiya Rumıniyaya sərt etiraz bildirib

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin göyərtəsində olduğu təyyarənin Rumıniyanın hava məkanından keçməsinə icazə verilmədiyinə görə rəsmi Moskva Buxarestin ölkədəki müvəqqəti işlər müvəkkilinə qətiyyətli etirazını bildirib.


Xezerxeber.az-ın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin saytında dərc edilən məlumatda bildirilir.

Moskva qeyd edib ki, Rumıniya öz əməli ilə Moskva-Kişinyov reysi ilə uçan 160 sərnişininin həyatını təhlükə altına atıb.

XİN bu insidenti ikitərəfli münasibətlərə xələl gətirmək məqsədilə qəsdən törədilmiş təxribat adlandırıb.

Moskva Rumıniya hökumətini insidenti hərtərəfli araşdırmağa və hadisə ilə bağlı izahat verməyə çağırıb.

Qeyd edək ki, Rumıniya və Macarıstan Dmitri Roqozinin olduğu təyyarənin hava məkanlarından keçməsinə icazə verməyiblər. Buxarest addımını D.Roqozinin sanksiya siyahılarında olması ilə əlaqələndirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024