Xəzər Xəbər

Nigeriyada silahlıların hücumu nəticəsində 50-dən çox neftçi ölüb

Dünya | 09:00 • 28 İyul 2017
Nigeriyada silahlıların hücumu nəticəsində 50-dən çox neftçi ölüb

Nigeriyanın şimal-şərqində "Boko Haram” terror qruplaşmasının üzvlərinin hücumu nəticəsində neft kəşfiyyatı ekspedisiyasının 50-dən çox üzvü ölüb.

Xezerxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna olunmur.

"Nigerian National Petroleum Corporation” (NNPC) şirkətindən bildirilib ki, Çad gölü yaxınlığında neft yatağında kəşfiyyat işləri aparmağa yollanan geoloq və geodezistlər Borno ştatının Cibi kəndi yaxınlığında qaçırılıblar.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024