Xəzər Xəbər

Çində zavodda qaz sızması nəticəsində 1 nəfər ölüb, 31 nəfər zəhərlənib

Dünya | 09:40 • 27 İyul 2017
Çində zavodda qaz sızması nəticəsində 1 nəfər ölüb, 31 nəfər zəhərlənib

Çində zavodda baş verən qaz sızması nəticəsində 1 nəfər ölüb, 31 nəfər zəhərlənib.

Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident Çinin Sintsyan -Uyğur Muxtar Rayonunda yerləşən kimyəvi müəssisədə qeydə alınıb.

Zəhərlənənlərin ağır vəziyyətdə xəstəxanalara çatdırıldığı bildirilir. Qaz sızmasının səbəbi hələ ki, məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024