Xəzər Xəbər

ABŞ: Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir, Trampın səlahiyyəti məhdudlaşdırılır

Dünya | 11:55 • 26 İyul 2017
ABŞ: Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir, Trampın səlahiyyəti məhdudlaşdırılır

ABŞ Konqresinin nümayəndələr palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və Prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib. Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qanun layihəsi görünməmiş yekdilliklə - 3 səsə qarşı 419 səslə qəbul olunub. Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün Prezidentə göndəriləcək.


Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildiriblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.


Telekanal qeyd edir ki, Moskva ilə sövdələşməyə dair yeni ittihamlar Trampın yaxın ətrafı tərəfindən onun Hamburqda Putin ilə görüşündən dərhal sonra irəli sürülüb. RF Dövlət Dumasında bildiriblər ki, qanun layihəsi Amerika-Rusiya münasibətlərinin bərpa olunması imkanlarına zərbə vurur və təkcə Rusiyaya deyil, ABŞ-ın Avropadakı tərəfdaşlarına qarşı da yönəlib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti