Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan bəyan edib ki, Rusiya və Türkiyə S-400 tipli zenit-raket
komplekslərinin tədarükü üzrə saziş imzalayıb. Bu barədə "Rİa Novosti”i xəbər verir.
"Biz
Rusiya Federasiyası ilə lazımı addımları atdıq, imzalar atılıb, ümid
edirəm ki, biz S-400-ləri ölkəmizdə görəcəyik və birlikdə onların
istehsalını həyata keçirəcəyik”, - deyə Ərdoğan Ankarada hakim
partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.
Türk lider nə vaxt və hansı sənədlərin imzalanmasını dəqiqləşdirməyib.
Ərdoğan əlavə edib ki, Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün
müəyyən tədbirlər görmək hüququna malikdir: "Əgər birgə istehsal imkanı
varsa, onda bu bizim üçün prioritetdir. Lakin biz bunu ABŞ-la
birgə illərdir ki, edə bilmiriksə, onda özümüz həll yolu tapacağıq.
Yunanıstan "S-300”-lər istifadə edir və bu ABŞ-ı narahat etmir. Niyə
onları bizim Rusiya ilə əməkdaşlığımız narahat edir?”. /azvision.az