Xəzər Xəbər

Yunanıstanda güclü zəlzələ: 2 ölü, 120 yaralı var

Dünya | 09:28 • 21 İyul 2017
Yunanıstanda güclü zəlzələ:

Egey dənizində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində Yunanıstanda 2 nəfər ölüb, yaralananların sayı isə 120 nəfərə çatıb.

Xezerxeber.az məlumat verir ki, bu barədə "Assoşieyted Press” məlumat yayıb.

Yüzlərlə turist gecəni çimərliklərdə keçirib.

Qeyd edək ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrumda da hiss olunub. Türkiyədə insan ölümü qeydə alınmayıb.

Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr, Yunanıstanın Kos adasından isə 16,2 kilometr aralıda yerləşib.

ABŞ-ın Geoloji Mərkəzinin məlumatında isə zəlzələnin 6,7 bal gücündə olduğu bildirilib.

Xəbər lenti

Çox oxunanlar