Xəzər Xəbər

Bayram ərəfəsində böyük təhdid: Məkkə terror hazırlanıb

Dünya | 13:08 • 24 İyun 2017
Bayram ərəfəsində böyük təhdid:

Müsəlmanların müqəddəs şəhəri olan Məkkədə Ramazan bayramı ərəfəsində terror aktı törətməyə cəhd edilib.

Məkkədə kamikadzenin saxlanması əməliyyatı zamanı 6 əcnəbi xəsarət alıb.

"Terrorçuların planı aşkarlanıb, onlar Böyük məscidi partlatmaq istəyiblər. Hədəf ordaki ziyarətçilər və ibadət edənlər olub",- deyə Məkkə polisi bildirib.

Terror planlaşdıran şəxsi Məkkədəki evlərdən birində yaxalamaq mümkün olub. O, polis əməkdaşlarına atəş açıb. Daha sonra isə gizləndiiy evi partladıb ki, bu zaman girov götürdüyü 6 nəfər xəsarət alıb.

Amerika kəşfiyyatının məlumatına görə, terror aktlarını İŞİD terror təşkilatı planlaşdırıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024