Hollandiya vətəndaşlarına xəbərdarlıq edildi
Dünya
|
13:41 • 13 Mart 2017
Niderland Krallığı yaşanan diplomatik qalmaqalla əlaqədar Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
XəzərXəbər xəbər verir ki, Krallıq Türkiyədə yaşayan Hollandiya vətəndaşlarını diqqətli olmağı çağırıb.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun
təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri
Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar bu
ölkənin Xarici İşlər Nazirliyinə iki etiraz notası təqdim edib. İlk nota
Fatma Betül Sayan Kaya və onun yanındakı nümayəndə heyətinin məruz
qaldığı durumla bağlıdır. Notada nazirə qarşı edilən hərəkətin
beynəlxalq qanunlara zidd oluduğu bildirilib. İkinci notada isə
Hollandiya polisinin konsulluq önündə türklərə qarşı sərt müdaxiləsi ilə
bağlıdır.
Digər tərəfdən Hollandiyanın Ankaradakı səlahiyyətli nümayəndəsi üçüncü dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.