Xəzər Xəbər

Bakının 8 Noyabr prospekti təmir edilir

Cəmiyyət | 15:30 • 29 Mart 2024
Bakının 8 Noyabr prospekti təmir edilir

Yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunduğuna görə Bakının 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Əsaslı təmir işləi prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində aparılır. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır. 

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar