Xəzər Xəbər

Nazirlik tərəfindən satışa çıxarılan 200-ə yaxın MƏNZİL satıldı

Cəmiyyət | 16:13 • 6 İyun 2023
Nazirlik tərəfindən satışa çıxarılan 200-ə yaxın MƏNZİL satıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb.

Xezerxeber.az Nazirliyə istinadən məlumat verir ki, mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.

Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.

Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024