Xəzər Xəbər

Naxçıvanda müəllimlərin etirazı davam edir

Onların heç biri dərsə girməyib
Cəmiyyət | 09:40 • 3 Fevral 2023
Naxçıvanda müəllimlərin etirazı davam edir

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.

Onların heç biri dərsə girməyib.

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.

Hadisə yerinə Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov gəlib.

Xəbər lenti