Xəzər Xəbər

COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb

Cəmiyyət | 16:46 • 9 Dekabr 2022
COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 444 nəfər müalicə olunaraq sağalıb, 9 min 984 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 348, bu günə qədər isə ümumilikdə 7 milyon 391 min 267 test icra olunub.

Xəbər lenti