Xəzər Xəbər

Dəridə mövsümü dəyişikliklər

Cəmiyyət | 13:48 • 1 Noyabr 2022
Dəridə mövsümü dəyişikliklər

Gözəl və baxımlı olmaq üçün müxtəlif krem və vasitələrdən istifadə olunur. Xüsusilə mövsüm dəyişəndə kosmetoloqlar xüsusi tövsiyələr verirlər.

İlk növbədə xanımlar bilməlidirlər ki, istənilən dermatoloji və kosmetoloji prosedurlar təmiz dəriyə tətbiq edilməlidir. Hətta gündəlik istifadə olunan nəmləndirici kremləri də ənənəyə sadiq qalaraq hər səhər təmiz dəriyə çəkmək lazımdır.

Həkim-kosmetoloq Sevinc Abdullayeva deyib: “Yaydan payıza keçərkən kosmetoloqların tövsiyə etdiyi prosedurlardan biri də üz dərisini ləkələrdən xilas edən pilinqdir. Pilinq həftədə bir dəfə 10-15 dəqiqə ərzində dəriyə yeridilir. Onun neçə vaxtdan bir aparılmağı dəridən asılıdır, minimum 3-4, maksimum 7-8 prosedur yerinə yetirilir”.

Onun dediyinə görə, prosedurlar dəri növünə və yaşa görə fərdi olaraq təyin edilir. Evdə A, S və E vitaminlərinin qəbul edilməsi kollageni stimullaşdırır, dərini bərpa edir. Lakin bu, yalnız vitamin qəbul edilməsi və nəmləndirici krem qəbul etməklə başa gəlmir. Dərini daxildən də nəmləndirmək lazımdır. Bunun üçün çoxlu su qəbul edilməlidir. (AZƏRTAC)

Xəbər lenti