Xəzər Xəbər

Türkiyə HHQ-nin nümayəndələri “TurAz Qartalı-2022” təlimində iştirak edəcək Azərbaycana gəlib FOTO

Cəmiyyət | 21:00 • 1 Sentyabr 2022
Türkiyə HHQ-nin nümayəndələri “TurAz Qartalı-2022” təlimində iştirak edəcək Azərbaycana gəlib

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

 

Xəbər lenti

Çox oxunanlar