Xəzər Xəbər

Meymunçiçəyindən sonra dəri bərpa olunur?

Cəmiyyət | 16:45 • 27 May 2022
Meymunçiçəyindən sonra dəri bərpa olunur?

Çiçək və ya meymunçiçəyi xəstəliyindən sonra dərin çapıqları aradan qaldırmaq illər çəkə bilər, lakin hər şey xəstəlikdən sonra dərinin zədələnmə dərəcəsindən asılıdır. 

Bu barədə kosmetoloq-dermatoloq Natela Qrişina Ura.ru saytına müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, bu xəstəlik insanları çox eybəcərləşdirir. Müasir kosmetologiyanın yüksək texnologiyalı üsullarına baxmayaraq, çiçək xəstəliyindən sonra çapıqlar və digər izlər bir anda silinmir.

“Bunlar müəyyən bir reabilitasiya, uzunmüddətli bərpa dövrü tələb edən prosedurlardır, çünki xəstəlikdən sonra dərinin zədələnməsi çox dərin olur. Bəzən korreksiya illərlə uzanır”, - Qrişina izah edib.

Kosmetoloq həmçinin xəbərdarlıq edib ki, ultrabənövşəyi şüalanmanın artdığı dövrdə belə prosedurlar həyata keçirilə bilməz. Odur ki, bu cür xəstəliklərdən ehtiyatlı olmaq və epidemiya baş verən bölgələrə səfər etməkdən çəkinmək vacibdir. Və bu, əsasən, 1980-ci ildən sonra doğulanlara aiddir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova saytımıza açıqlamasında xəstəliyin çox qaşıntılı olduğunu bildirmişdi. “Səpgilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Odur ki, qaşınmaması və qoparılmaması tövsiyə olunur”, - həkim xüsusi vurğulamışdı.

Məlumat üçün bildirək ki, meymunçiçəyi adətən ilk simptomlardan bir-beş gün sonra görünür. Səpgilər adətən üzdən başlayır, sonra bədənin digər hissələrinə yayılır. Səpgilər 95% hallarda üzdə, 75% ovuc və dabanda, 70% ağızda, 30% cinsiyyət orqanında, 20% gözdə olur./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti