Xəzər Xəbər

Bu şəxslərin əlillik təyinatı fərqli aparılacaq

Cəmiyyət | 17:14 • 27 May 2022
Bu şəxslərin əlillik təyinatı fərqli aparılacaq

“Yeni əlillik meyarlarında əvvəlki meyarlardan fərqli olaraq kombinə olunmuş xəstəliklər üzrə əlillik dəyərləndirilməsi ayrı aparılacaq”.

XəzərXəbər “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

 

O qeyd edib ki, bu, o deməkdir ki, eyni anda hər iki xəstəliyi olan insanlar fərqli meyarla əlillik dərəcəsi alacaqlar: “Yəni insan eyni anda həm görmə, həm də eşitmə qabiliyyətini itirilibsə və ya eşitmirsə və danışmısa bunun üçün fərqli meyar olacaq. Həmin şəxslər müddətsiz meyarlarla dəyərləndiriləcək”.

Xəbər lenti