Xəzər Xəbər

Əhaliyə VACİB XƏBƏR: Elektron qaydada aparılacaq

Azərbaycanda fərdi uçot elektron qaydada aparılacaq
Cəmiyyət | 16:23 • 27 May 2022
Əhaliyə VACİB XƏBƏR: Elektron qaydada aparılacaq

Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

XəzərXəbər-in xəbərinə görə, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Xəbər lenti