Xəzər Xəbər

Qarabağda yaşayış sahələrinin tikintisi sürətləndiriləcək

İlk növbədə, ağır şəraitdə yaşayan ailələr köçürüləcək
Cəmiyyət | 17:54 • 17 May 2022
Qarabağda yaşayış sahələrinin tikintisi sürətləndiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib.

Xezerxeber.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri sürətlə gedir, bütün ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır. Otuz ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə məhv edilib, şəhərlər, kəndlər yenidən qurulur. Keçmiş məcburi köçkünlər üçün yaşayış sahələri də işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha da sürətləndiriləcək. İlk növbədə, ağır şəraitdə yaşayan ailələr olmaqla, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunacaq.

Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti