Xəzər Xəbər

Bu bitki xərçəngin yaranmasının qarşısını alır

Onun tərkibində fitokimyəvi maddə var
Cəmiyyət | 17:45 • 17 May 2022
Bu bitki xərçəngin yaranmasının qarşısını alır

Tərkibindəki vitaminlərin miqdarı səbəbindən brokkoli sağlamlığımız üçün faydalıdır. Xüsusilə qış fəslində bu qidanın istehlak edilməsi tövsiyə olunur.

Xezerxeber.az tibbi saytlara istinadən bildirir ki, brokkolinin tərkibində "qlükozinat" adlı fitokimyəvi maddə var. Bu maddə orqanizmdə sulforafanlar yaratmağa kömək edir. Tədqiqatlara görə, sulforafanların orqanizmdə xərçəngin inkişafını dayandırmaq və qarşısını almaq kimi möcüzəvi təsiri var. Sulforafanlar xərçəng hüceyrələrinin aktivləşməsini azaldır, istehsal olunan kimyəvi maddələri bədəndən təmizləyir. Xüsusilə süd vəzi xərçəngi, bağırsaq və prostat xərçəngində daha çox təsirlidir.

Brokkoli zəhərli maddələrin bədəndən ifraz olunmasında mühüm rol oynayır. Onun tərkibindəki fitokimyəvi maddələr qaraciyərdəki toksinlərin xaric olmasına kömək edir.

Brokkoli antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə insan orqanizmi üçün olduqca faydalı tərəvəzdir. Ürək-damar xəstəliklərinin qarşısını alır və xəstəliyin səbəb olduğu problemləri aradan qaldırır. Kalium və natrium tərkibli brokkoli qan təzyiqinin tənzimlənməsinə kömək edir. Tərkibindəki yüksək lif səbəbindən xolesterolu və şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini aşağı salır.

Brokkolidə olan sulforafan sinir sistemindəki hüceyrələrə qoruyucu təsir göstərir. Sinir hüceyrələrini oksidləşdirici stres və iltihabdan qoruyur. Altsheymer və Parkinson xəstəliklərinin əsasını qoyan mexanizmlərin inkişafını zəiflədir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
359 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti