Xəzər Xəbər

Pensiyaçılara şad xəbər - Nazirlik açıqladı

Ölkədə əmək pensiyasının minimum məbləği artırılıb və ödənişi təmin olunub
Cəmiyyət | 16:44 • 11 Yanvar 2022
Pensiyaçılara şad xəbər - Nazirlik açıqladı

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

2022-ci ilin əvvəlindən ölkədə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

Çox oxunanlar