Xəzər Xəbər

Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsi qərar verdi
Cəmiyyət | 17:32 • 11 Yanvar 2022
Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilərək həbs edilən İlham Xıdırov və Nazim Mustafayevin vəkillərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb.

Prosesdə çıxış edən, təqsirləndirilən şəsin vəkili Cavad Cavadov bildirib ki, müvəkkilinin dələduzluq faktı sübuta yetirilməyib və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməli, təqsirləndirilən şəxslərə bəraət verilməlidir. Vəkil, həmçinin bildirib ki, Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün.

Prosesdə şikayət araşdırılıb və təmin edilib.

Məhkəmənin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ləğv edilib, İlham Xıdırov və Nazim Mustafayev barəsində bəraət çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Qərara əsasən Xıdırov İlham Kərim oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, 146 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülüb.

İttihama görə, İ.Xıdırovla N.Mustafayev İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul almaqda onlara qarşı dələduzluqda təqsirləndirilir. İttiham aktında təqsirləndirilən şəxslərin ümumilikdə 1 milyon manata yaxın pulu mənimsəməsi qeyd edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə İ.Xıdırov 9 il 6 ay, N.Mustafayev isə 5 il azadlıqdan məhrum edilibmiş. (Trend)

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
382 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti