Xəzər Xəbər

Bakıda daha bir məktəbdə əyani tədris bərpa olunub

Cəmiyyət | 10:02 • 29 Noyabr 2021
Bakıda daha bir məktəbdə əyani tədris bərpa olunub

Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Xəbər lenti