Xəzər Xəbər

Karantini pozan vətəndaşların cərimələri SİLİNİR? - AÇIQLAMA gəldi

Cəmiyyət | 3,554 | 17:26 • 31 İyul 2021
Karantini pozan vətəndaşların cərimələri SİLİNİR? - AÇIQLAMA gəldi

Pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara müxtəlif məbləğdə cərimələr tətbiq olunur. Cərimə tətbiq olunanlar arasında təkrar qaydaları pozanlar və inzibati tənbeh tədbirinə əməl etmənlər də az deyil. Hətta cəriməni gecikdirənlər də var. 

Sosial şəbəklərdə yenidən gündəmə gələn məsələ ilə bağlı çağırışlar gəlməyə başlayıb.

Bəzi vətəndaşlar onlara tətbiq edilən cərimələrin əsassız olduğunu, üstünə faiz gəldiyini, yığılan məbləği ödəyə bilmədiklərini dilə gətirərək borcun bağışlanmasın tələb edirlər.  

Rəsmi qurumlar isə istənilən halda vaxtından və yerindən asılı olmayaraq tətbiq olunan cərimələrin ödənilməli olduğunu bəyan edirlər. Hətta karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizminin mövcudluğunu xatırladırlar. 

Əsassız yerə cərimələrin yazılmasına gəlincə isə, cavabdeh qurumlar karantin rejimi qaydalarını pozan şəxsə barəsində tərtib edilən protokoldan qanunamüvafiq olaraq, məhkəməyə müraciət etmələri üçün 10 gün müddət verildiyini qeyd edirlər. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. On gün müddət tamam olanda əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir.

Bu 40 gün ərzində isə sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.

Qırx gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndərilir ki, dərhal cəriməni ödəsinlər. 

Ümumiyyətlə, karantin dövründə yazlmış cərimələrin bağışlanması mümkündürmü?

Milli Məclisin İnsan hüquqları komitsinin üzvü Razi Nurullayev deyib ki, indiki dönəmdə sözügedən cərimlərin bağışlanması doğru olmaz:

“Vətəndaşlara tətbiq olunan cərimələrin bağışlanmasını təbii ki, istərdim. Amma indiki məqamda cərimələrin bağışlanması ilə bağlı çağırış etmək, buna insanların da gözləntisini yaratmaq doğru olmaz. Hazırda bunu mümkün görə bilmirəm. Cərimələr ona görə tətbiq edilir ki, insanları qanunu pozmaqdan saxlasın, onları məsuliyyətli olmağa dəvət etsin və s.. Amma indi pandemiya yenidən başlayır və üçüncü, ya dördüncü dalğanın olacağı deyilir. Belə bir zamanda insanlara tətbiq olunan cərimələrin də sayı artır. Üstəlik toya peyvənd pasportsuz gedən və ya karantin qaydalarını pozan şəxslərə də yeni cərimələr tətbiq edilir. Hökumət indiki halda cərimələri bağışlasa, düşünəcək ki, bu, insanları daha məsuliyyətsiz olmağa sövq edəcək. O baxımdan düşünürəm ki, hələki buna ümid etmək olmaz”. Deputatın sözlərinə görə cərimələrin bağışlanması üçün pandemiya aradan qalxmalı, stabillik yaranmalıdır. O zaman növbəti mərhələdə çağırış oluna bilər ki, karantin dövründə cərimələnmiş və bunu ödəyə bilməyənlərin borcu bağışlansın.

Cərimənin üzərinə əlavə faizin gəlməsi məsələsinə gəlincə, Razi Nurullayev belə bir şeyin mövcud olmadığını, “əgər varsa qanunsuzdur” deyə vurğulayıb:

“Bununla bağlı nə parlamentdə dəyişiklik edilib, nə də mövcud qanunvericilikdə belə bir məsələ var. Bildiyimə görə yol hərəkəti pozuntularına görə həm şirnikləndirici, həm də məhdudlaşdırıcı cərimə növləri var. Kim tez ödəyirsə az məbləğ verir, gecikdirənin isə üzərinə əlavə faiz gəlir. Amma digər cərimələrdə bu, tətbiq olunmur”.

Qeyd edək ki, hüquq mühafizə oranları dəfələrlə bildiriblər ki, karantin qaydasını pozan və cəriməni ödəməkdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa, saxlanılacaq, yaxud cərimə ödənilənədək avtomobil cərimə meydançasında qalacaq. Bir sözlə cərimələrin ödətdirilməsi üçün məcbur etmə üsullarının hamısından istifadə olunacaq. /Bizim.Media 

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti