Xəzər Xəbər

“Patı” harada hazırlanır? – Gizli planlar, dəhşətli FAKTLAR

Cəmiyyət | 15:59 • 31 İyul 2021
“Patı” harada hazırlanır? – Gizli planlar, dəhşətli FAKTLAR

Son günlər xüsusilə gənclər arasında yayılan narkotikin, xüsusilə "pati” adı ilə tanınan metamfetaminin geniş yayılması Azərbaycanda həyacan təbilinin çalmasına səbəb olub. Narkotik aludəçilərinin sayının gün keçdikcə artması, ölüm saylarının yüksəlməsi vəziyyətin tam ciddiliyin gözlər önünə sərir.


Azərbaycan gəncliyinin üzləşdiyi bu bəla “gizli əl” ilə bu yolda bir sıra planlar həyata keçirilmək üçün nəzərdə tutulub.

“Pati” əlçatanlığı

Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev açıqlamasında ölkədə metamfetamindən (“patı”) ilə zəhərlənənlərin sayının artığını bildirib.

Həkim qeyd edib ki, bu zaman əsasən nəfəs yolu ilə bədənə daxil olur və qana keçir:

““Patı” qəbulundan sonra beyində 1000 %-dən çox depomin hissi artır. Ona görə də beyində tez bir şəkildə gerindönmə fəsadları meydana çıxarır. Bu gün ağ-şəffaf kristallar, şüşə qırıntısına oxşayan növlər yayılıb. Problem narkotikin ucuzluğu ilə əlaqəlidir. O, deyib ki, metanfetaminin sintezi çox asandır”.

İ.Əfəndiyev həmçinin qeyd edib ki, kimyəvi biliyi olan hər bir kəs bunu hətta evdə də hazırlaya bilər.

Araşdırmamız zamanı məlum olub ki, ölkədə satılan “patı”nın qiyməti təxmini 10 manatdan başlayır. Bəzi iddialara görə, bu metamfetaminin yəni “patı” qeyri-leqal olaraq ölkə daxili laboratoriyalarda sintez edilir.

Mətbuatda “Pati”nin hazırlanması barədə daha bir neçə iddiaya rast gəlmək olur. Bir müddət əvvəl uzun illər narkotik aludəçisi olmuş şəxs açıqlaması zamanı bu ucuz, sintetik narkotikin elə Azərbaycan ərazisində İrandandan gələn mütəxəssislər tərəfindən hazırlandığı deyib. Tərkibi ucuz və əlçatan maddələrdən ibarət olan maddə 2-3 saatın içində əldə edilib, daha sonra alverçilərin əli ilə, dərdlərini yüngülləşdirmək adı ilə gənclərə satılır. Lakin bu iddialar DİN tərəfindən təkzib edilib.

“Pati” sosial şəbəkələrdə

Bundan əlavə ölkə ərazisində narkotik vasitələr sosial şəbəkələr vasitəsi ilə xaricdən idarə olunan səhifələr də satılır. İstənilən sosial şəbəkəsində mütləq şəkildə bu işlə məşğul olan səhifə mütləq tapmaq olur. Bu zaman açıq şəkildə səhifələrdə narkotik bazar açan şəxs öz “mal”ını alıcısına təqdim edir. “Mal” isə alıcıya çatdırılanda xüsusi “kəşfiyatçı alverçilər” vasitəsilə çatdırılır. Məkana bələd olan bu şəxslər öz “əraziləri”ndə onu rahatlıqla sata bilir.

Bir məqamı da qeyd edək ki, Daxili İşlər Nazirliyin mütəxəssisləri tərəfindən daim sosial şəbəkələrdə narkotik vasitələr təklif edən və xaricdən idarə olunan səhifələrə daim xüsusi texniki tədbirlərlə nəzarət edilir.

Bir başqa iddialara görə, regionlarda da “pati” hazırlanan sexlər fəaliyyət göstərir. Gəncə, Lənkəran və Göyçay ərazisdində bu cür sexlərin olması iddia olunur. Bu siyahıda Bakı kəndlərinin də adları çəkilir. Hətta narkotik aludəçilərinin bir qismi Bakı kəndlərinin payına düşdüyü də deyilr.

“Pati” harada hazırlanır?

Dəfələrlə mətbuatda ermənilərin 30 ilə yaxın işğal altında olan Azəraycan torpaqlarında narkotik plantasiyaların, laboratoriyaların qurulması haqqında məlumatlar dolaşıb. Hətta burada ən çox İran və Avropa ölkələrindən qeyri-leqal narkotik dövriyyəsi ilə məşğul olan sahibkarların bu işə külli-miqdarda sərmayə qoyduğuda qeyd edilirdi. Hazırda isə daha bir iddia ortaya atılıb.

İddiaya görə Alman kəşfiyyatının apardığı araşdırmalardan bəlli olub ki, hazırda “pati” Xankəndidə hazırlanır. Qeyd edilir ki, bu faktla bağlı kəşfiyyatın əlində yetərli sübutlar var.

Bundan əlavə iddiada qeyd olunur ki, əvvəllər bu sintetik narkotik maddənin istehsalı Zəngilanda həyata keçirilib. Lakin sonradan Zəngilan Azərbaycan tərəfindən azad edildikdən sonra, ermənilər narkotik terrorlarını Xankəndidə davam etdirməyə qərar veriblər.

Azərbaycana ötürülən “Pati”

İddiaların arasında isə ən dəhşətlisi Xankəndidə istehsal edilən “pati”nin gizli yolla Azərbaycana gətirilməsi faktıdır. Bu dəfə də “gizli yol”, “gizli əl” rolunda cənub qonşumuz İran çıxış edir. Gizli yollarla İrandan gətirilən metamfetamin bütün respublikaya paylanılır.

Mütəmadi olaraq Xankəndinə tez-tez xarici ölkələrdən gizli, saxta nömrə nişanlı avtomobilərin gəlməsi haqqında da məlumatlar yayılıb. Hətta bəzi iddialara görə, hazırlanan “Pati” humanitar yardım adlandırılan avtomobil karvanları vasitəsilə İrana, Dağıstana, Çeçenistana və Rusiya ərazisinə çıxarılır. Oradan isə əvvəldən müəyyənləşən təyinatla lazım olan yerlərə ötürülür.

Və ya ermənilərin gizli planları...

İddialara görə ermənilər bu planla Qarabağda uğradıqları utancverici məğlubiyyətlərinin qisasını almaq məqsədilə həyata keçirirlər. Mənbənin bildirdiyinə görə, artıq bu məqsədlə bəzi dünya erməni lobbisinin liderləri narkotik ticarətinə külli-miqdarda sərmayə yatırıblar./Bizim.Media

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti