Xəzər Xəbər

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

Cəmiyyət | 494 | 09:08 • 22 İyul 2021
İctimai nəqliyyatın hərəkəti bərpa olundu

Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti, o cümlədən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.

XəzərXəbər xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik etmişdi.

Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən iyulun 17-də ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilmişdi.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilmişdi.

Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilmişdi.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti