Xəzər Xəbər

Bayram sabah da davam edir – Qurban kəsmək olarmı?

Cəmiyyət | 885 | 17:53 • 21 İyul 2021
Bayram sabah da davam edir – Qurban kəsmək olarmı?


Müsəlman aləminin müqəddəs bayramlarından biri olan Qurban bayramı adətən 3 gün qeyd olunur. Dini ayinlərə görə, hər bir müsəlman səhər saatlarında bayram namazı qılındıqdan sonra  qurbanlIq heyvanlarını kəsərək, ehtiyacı olan insanlara paylayır.  

Bu il Azərbaycanda Qurban bayramı iyulun 20-21-də qeyd olunub.

Lakin dini bayramlar üç gün qeyd olunduğu üçün cəmiyyət arasında sabah yəni iyulun 22-də qurban bayramının davam edib-etməməsi barədə suallar yaranıb.

Məsələ ilə bağlı danışan ilahiyyatçı Elşad Miri bildirib ki, müsəlman aləmində sabah da bayram qeyd olunur.

“Bildiyimiz kimi Qurban bayramı 3 gün davam edir. Sabah Qurban bayramının 3-cü günüdür. Yəni istəyən şəxs sabah rahatlıqla öz qurbanını kəsə bilər”./Bizim.Media

Rubrikanın digər xəbərləri

Xəbər lenti