Xəzər Xəbər

Bu xəstəliyi olanlara qurbanlıq əti olmaz

Cəmiyyət | 17:22 • 20 İyul 2021
Bu xəstəliyi olanlara qurbanlıq əti olmaz

Qurbanlıq günü ilə əlaqədar çox evlərdə quzu, qoç əti bol olacaq və bu ətdən yeməklər bişəcək. Qurban ətindən yemək, dadmaq savabdır deyirlər. Amma son zamanlar əhali arasında yayılmış bəzi xəstəlikləri nəzərə alıb qoyun, qoç ətinin zərərləri barədə də xəbərdarlıq etməyi vacib hesab etdik.

Qurban ətinin hansı xəstələrə qadağan olduğunu araşdırdıq. Əgər bu siyahıya nəzər yetirsək, onu deməkolar ki, çox insanlar bu ərəfədə qurbanlıq ətdən bişən yeməklərdən uzaq durmalıdır.

Terapevt Arzu Musayeva saytımıza verdiyi açıqlamada qoyun ətinin bu patologiyalara zərərli olduğunu bildirdi:

" İlk növbədə, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olur. Ona görə xorası, qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz.

Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və mədə turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.

Həmçinin əhali arasında geniş yayılmış bu xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır:

-Artrit, artroz – qoyun sümüyündə olan bakteriyalar xəstəliyi ağırlaşdıra bilər

-Ateroskleroz – damarlarında tutulması olanlar

-Qan təzyiqi yüksək olanlar

-Şəkərli diabet xəstələri

-Ürək –damar problemləri, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər – qoyun ətində yüksək miqdarda lipid olduğu üçün qanda lipidi artırır.

-Böyrəklərində və öd kisəsində daş olanlar

-Qaraciyər xəstələri

-Podaqrası olanlar

Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər./Medicina.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti