Xəzər Xəbər

Birinci dozadan sonra yoluxanlar ikincini vurdurmalıdırmı? VACİB AÇIQLAMA

Cəmiyyət | 15:07 • 16 Aprel 2021
Birinci dozadan sonra yoluxanlar ikincini vurdurmalıdırmı?

Son günlər bir neçə şəxsdə COVID-19 əleyhinə birinci doza vaksin vurulandan sonra da koronavirusa yoluxma halları müşahidə olunur. 

XəzərXəbər xəbər verir ki, həmin şəxslərin ikinci doza peyvənd alıb-almamaları suallar yaradır. Birinci doza peyvənddən sonra virusa yoluxan şəxs bir də nə vaxt peyvənd oluna bilər? 

Həkim–infeksionist Vasif Əliyev “Qafqazinfo”ya bildirib ki, birinci dozadan sonra antitelin yaranma ehtimalı çox aşağıdır. Ona görə də, 4 həftədən - 28 gündən sonra ikinci doza peyvənd vurulur. Lakin şəxs birinci doza peyvənd alandan sonra virusa yoluxarsa, ona ikinci doza vaksinin vurulmasına ehtiyac qalmır:

“Ola bilər ki, birinci doza vurulandan sonra təmas pozular, yəni koronavirusla təmas edən şəxslər xəstələnə bilərlər. Bu şəxslərə artıq koronavirus peyvəndinin vurulmasına ehtiyac qalmır. Çünki təbii yolla virusla təmasda olublar. Bilirik ki, xəstə olan insanlara peyvənd vurulmur. Peyvəndi vurmağın məqsədi ondan ibarətdir ki, həmin şəxs xəstəliyi gizli formada keçirsin və ya heç keçirməsin. Xəstəliyi keçirən şəxsə peyvənd vurulmasına zərurət qalmır”. 

Həmin hallarda peyvəndin nə zaman vurulmasına gəlincə isə, V. Əliyev bildirib ki, istər birinci dozadan sonra xəstəliyi keçirən, istərsə də, heç peyvənd vurulmadan xəstəliyi keçirən insanlara gələcəkdə peyvənd 6 aydan sonra vurulmalıdır: “Bu, bu günə olan məlumatdır, gələcəkdə ola bilər ki, bu müddət dəyişsin”.

İnfeksionist həmçinin əlavə edib ki, əgər bədəndə antitel yaranmış olsa belə, bu peyvənd üçün əks-göstəriş deyil və heç bir təhlükəsi yoxdur. 

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024