Xəzər Xəbər

COVID-19 uşaqlarda bu problemlərə səbəb olub - Həkim AÇIQLADI

Cəmiyyət | 18:10 • 14 Aprel 2021
COVID-19 uşaqlarda bu problemlərə səbəb olub - Həkim AÇIQLADI

Türkiyəli uşaq nefroloqu Neşe Karaaslan Bıyıklı uşaqlar arasında piylənmə problemlərinin artdığını deyib.

Türkiyə mətbuatı xəbər verir ki, valideynləri diqqətli olmağa çağıran həkim həyəcan təbili çalıb. Ekspert uşaq inkişafının həm genetik, həm qidalanma, həm psixoloji durum, həm xəstəliklər, həm də hormon və dərmanlar kimi amillərdən asılı olduğunu qeyd edib:

“Sağlam həyat üçün uşağın inkişaf mərhələlərini düzgün qiymətləndirmək önəmlidir. COVID-19 pandemiyası səbəbiylə məktəblərin bağlanması, təhsilin onlayn davam etdirilməsi, kompüter, tv, planşet kimi cihazlardan həddən çox istifadə, qidalanma vərdişlərinin dəyişməsi, hazır və çox kalorili qidalar, eyni zamanda həkim müayinələrinin gecikməsi piylənməyə gətirib çıxarır. Obezite yüksək qan təzyiqi, arterioskleroz, diabet, qaraciyər yağlanması, yuxu apnesi, ortopedik problemlər kimi nəticələrə səbəb olan ciddi bir xəstəlikdir. Səhv qidalanma və mineral çatışmazlığı orqanizmdə inkişafın ləngiməsi, ağır yoluxucu xəstəliklərə həssaslıq, diqqət və yuxu pozğunluğu kimi ciddi problemlərə səbəb ola bilər”.

Nefroloqun sözlərinə görə, hər uşağın böyümə və inkişaf yolu fərqlidir:

“Eyni yaşdakı uşaqların böyümə çağı digər uşaqlarla müqayisə edilir. Əslində hər uşağın böyümə yolu individualdır. Uşaqların sağlamlığı üçün ilk ayında həkim müayinəsi ayda 4 dəfə, 1-6 ayında ayda 1 dəfə, 6 ay-2 yaş dönəmində 3 aydan 1, 2-6 yaş arasında 6 aydan 1, 6 yaşından sonra ildə bir dəfə aparılmalıdır”./Publika.az 

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti