Xəzər Xəbər

Ötən il Xəzərə nə qədər nərə balığı körpəsi buraxılıb? AÇIQLAMA

Cəmiyyət | 18:02 • 14 Aprel 2021
Ötən il Xəzərə nə qədər nərə balığı körpəsi buraxılıb?

Ötən il Xəzərə 248 min 900 nərə balığı körpəsi buraxılıb.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova Nazirliyin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında balıq ehtiyatlarının artırılması istiqamətində görülən işlər barədə danışarkən deyib.

O bildirib ki, balıq ehtiyatlarının artırılması ilə bağlı tədbirlər davam etdirilir:

“Ötən il hətta digər balıqların da körpələri buraxılıb. Bu istiqamətdə İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi kimi su hövzələrinə balıq buraxılışı həyata keçirilib. Balıq buraxılışı tədbirləri mütəmadi həyata keçiriləcək, öncədən rəqəmləri demək istəmirəm. Mərhələli şəkildə həyata keçiriləcək proseslərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

Xəbər lenti