Xəzər Xəbər

Azal Naxçıvan uçuşları ilə bağlı məlumat yaydı

AZAL Bakı-Naxçıvan reyslərinin sayını müvəqqəti azaldıb
Cəmiyyət | 18:35 • 14 Aprel 2021
Azal Naxçıvan uçuşları ilə bağlı məlumat yaydı

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Naxçıvana və əks istiqamətdə həyata keçirilən reyslərin sayını 4-dən 3-ə endirib.

Bu barədə  AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslərin sayının azaldılması tələbatın az olması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Belə ki, bu ayın sonuna qədər saat 16:20-də yerinə yetirilən uçuş olmayacaq. Aviarayeslər gündə 3 dəfə - saat 8:00, 13:40 və 19:20-də həyata keçiriləcək. Mayın 1-dən isə uçuşların gündə 4 dəfə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılır. Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə "WhatsApp" mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət edilməlidir:

- Bakı-Naxçıvan reysləri üçün:

WhatsApp: +994 55 204 65 54;

- Naxçıvan-Bakı reysləri üçün:

WhatsApp: +994 60 487 30 11.

Aviabiletləri həmçinin fevralın 1-dən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrindən əldə etmək mümkündür.

Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti