Xəzər Xəbər

Bakıda daha bir piyada keçidi təşkil edildi

Bakının daha bir küçəsində piyadaların təhlükəsiz hərəkəti təşkil edildi
Cəmiyyət | 18:03 • 10 Mart 2021
Bakıda daha bir piyada keçidi təşkil edildi

Paytaxtın daha bir küçəsində piyadaların rahat gediş-gəlişi tənzimlənib.

Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib. Yeni nizamlanan eyni səviyyəli piyada keçidinin təşkili nəticəsində ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib. İşıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə görmə məhdudiyyətli şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.

Qeyd edək ki, həmin ərazidə 238 saylı uşaq bağçası, 247 saylı orta məktəb yerləşir.

 

Xəbər lenti