Xəzər Xəbər

Həbsdə olan Vətən müharibəsi iştirakçısı ev dustaqlığına buraxılıb

Cəmiyyət | 12:50 • 24 Fevral 2021
Həbsdə olan Vətən müharibəsi iştirakçısı ev dustaqlığına buraxılıb

Bəzi kütləvi informasiya vasitələrində Vətən müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb.

Bu barədə xezerxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Bununla əlaqədar bildirilir ki, cinayət işinin istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir",- deyə məlumatda qeyd edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti