Xəzər Xəbər

Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələri davam etdirilir

Cəmiyyət | 13:20 • 24 Fevral 2021
Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələri davam etdirilir

"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələrini davam etdirirlər.

Fonddan xezerxeber.az-a verilən məlumata görə, həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var. 

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Xəbər lenti