Xəzər Xəbər

COVID-19 xəstəliyinə yoluxanlar donor kimi qan verə bilərlər?

Cəmiyyət | 15:06 • 18 Yanvar 2021
COVID-19 xəstəliyinə yoluxanlar donor kimi qan verə bilərlər?

Hazırda ölkəmizdə müsbət qan qrupları üzrə kifayət qədər ehtiyat olsa da, mənfi qan ehtiyatı ilə əlaqədar vəziyyət narahatlıq doğurur. Mərkəzi Qan Bankı bununla əlaqədar vətəndaşlara müraciət edib.


Xezerxeber.az xəbər verir ki, Bankın müdiri Qumral Ələkbərova deyib: "Azərbaycanda 1500-dən çox qan transfuziya olunan xəstə var və iki-üç həftədən bir onlara qan köçürülür. Bundan başqa irsi qan xəstəliyindən əziyyət çəkənlər də var. Qan daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir. Qan preparatlarını başqa heç bir maddədən almaq mümkün deyil və ona görə könüllü donorlara həmişə ehtiyac var”.


Onun verdiyi məlumata görə, COVID-19 infeksiyasına yoluxanların da bəzi hallarda qana olan ehtiyacı Mərkəzi Qan Bankı tərəfindən ödənilir. Ona görə də vəziyyət bir qədər də dəyişib: "Hər donorun qanından üç nəfər üçün qan komponenti hazırlanır və bu, üç xəstənin həyatını xilas etmək deməkdir. COVID-19 xəstəliyinə yoluxanlar sağalandan 28 gün sonra qan verə bilərlər”.


Mənfi 1, 2 və 4 qan qrupları üzrə ehtiyatlar demək olar ki, tükənmək üzrədir. 18-65 yaşında çəkisi 50 kiloqramdan çox olan hər kəs donor ola bilər. Hər donordan normaya uyğun olaraq 450 millilitr qan alınır. Lakin onu da qeyd etmək lazımdır ki, bəzi dərmanların qəbulu zamanı qan vermək olmaz.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti