Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

Peyvənd üçün istifadə edilən vaksinlər: Hansı daha effektivdir?

Cəmiyyət | 373 | 13:19 • 14 Yanvar 2021
Peyvənd üçün istifadə edilən vaksinlər:

İlk dəfə vaksin XVIII əsrdə yaradılıb. Həmin vaxt geniş yayılan çiçək pandemiyasına qarşı vaksin hazırlanıb. İnsan dünyaya gələn gündən ona vaksin vurulur və bunun sayəsində uşaqlar infeksiya və xəstəliklərdən uzaq olurlar. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı da yeganə üsul vaksinasiyadır.


COVID-19-a qarşı istehsal edilən vaksinlər barədə danışan Nyu-York ştat Universitetinin Tibb mərkəzində yoluxucu xəstəliklər üzrə mütəxəssis-həkim, tibb elmləri doktoru Xəyalə Balabəyova deyib: "BioNTech/Pfizer” və "Moderna” vaksinləri yeni vaksinlərdir. "BioNTech” şirkəti 25, "Moderna” şirkəti isə 20 ilə yaxındır həmin vaksinin üzərində işləyib. Əvvəllər həmin vaksinə ehtiyac yox idi. Koronavirus infeksiyası ilk dəfə deyil ki, yayılır. Əvvəllər SARS, MERS infeksiyaları var idi. O vaxt həmin vaksinləri hazırlamağa başlasalar da, epidemiya çox tez bitdi. Ona görə də vaksinlərə ehtiyac qalmadı. "BioNTech/Pfizer” və "Moderna” şirkətləri həmin vaksinləri xərçəng xəstəliyinə qarşı işlətmək istəyirdilər”.


Vaksinləri yaratmaq üçün virusun özü lazım deyil. Ötən il yanvarın əvvəllərində Çin Xalq Respublikasında belə bir virusun yayılması barədə bütün dünyaya məlumat verildi. Virusun strukturu göstərildi və "BioNTech/Pfizer” və "Moderna” şirkətləri vaksini çox az vaxtda, sürətlə hazırladılar və mart-aprel aylarında onun sınağına başlanıldı. Vaksinlər bir-birinə çox oxşayırlar və cüzi fərqləri var. "Moderna” vaksinin bir kapsulu 10, "BioNTech/Pfizer” vaksinin bir kapsulu isə 5 nəfərə vurula bilər. Onların saxlanma müddəti və şəraiti də fərqlənir. "BioNTech/Pfizer” vaksini -60° C-dən -80° C-yə qədər temperaturda saxlanılmalıdır. "Moderna” vaksinini 30 günə qədər soyuducuda saxlamaq və onu daha çox insana vurmaq olar”.


Mütəxəssis daha sonra deyib: "Hazırda dünyanın bir çox ölkəsində vaksin hazırlanmasına başlanılıb. Demək olar ki, 57 ölkə vaksin hazırlayır. Onlardan yalnız 14 vaksin üçüncü sınaq mərhələsindədir.


"AstraZeneca”, "Johnson&Johnson” və "Sputnic V” vaksinləri yenidir və bir-birinə çox bənzəyir. Onun yeni hesab olunmasına səbəb başqa bir virusun, yəni adenovirusun işlədilməsidir. Burada onun koronavirus hissəsinin peyvənd kimi insanlara vurulması nəzərdə tutulub.


"AstraZeneca”, " Johnson&Johnson” şirkətinin istehsal etdiyi vaksini tətbiq etmək asan olacaq. "BioNTech/Pfizer” və "Moderna” vaksinlərini mənfi temperaturda soyuducuda saxlamaq lazımdır, "AstraZeneca”, "Johnson&Johnson” vaksinin isə buna ehtiyacı yoxdur. "BioNTech/Pfizer” və "Moderna” kimi "AstraZeneca”, "Johnson&Johnson” vaksinləri iki dəfə vurulmalıdır ki, immunitet yaradılsın. Bundan əlavə, Çinin iki – "Sinovac” və "Sinopharm” vaksinləri var. Hazırda onları Çində tətbiq edirlər, bəzi ölkələrdə üçüncü faza sınaq mərhələsindədir. Türkiyədə bu gündən əhalinin "Sinovac” vaksini ilə peyvəndlənməsinə başlanılıb. Bu vaksinlərlə peyvəndləmə zamanı zəif olan virus insan bədəninə yeridilir ki, immunitet yaransın”. (AZƏRTAC)

Çox oxunanlar