Xəzər Xəbər

Bakıda gizli fəaliyyət göstərən oyun zalı aşkar edilib - FOTO

Cəmiyyət | 13:50 • 14 Yanvar 2021
Bakıda gizli fəaliyyət göstərən oyun zalı aşkar edilib -

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Zabrat qəsəbəsində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək gizli fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, obyektin fəaliyyəti dərhal dayandırılıb. Baxış zamanı oyun zalının sahibi vətəndaş Nurlan Əzizli və daha dörd müştəri saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülüb və onların hər biri 200 manat məbləğində cərimələniblər. Onlarla profilaktik söhbətlər aparılıb. Oyun zalının sahibi N.Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Xəbər lenti