Xəzər Xəbər

Postlardan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi geri qaytarılıb

Cəmiyyət | 12:04 • 14 Yanvar 2021
Postlardan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi geri qaytarılıb

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti