Xəzər Xəbər

Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından AÇIQLAMA

Cəmiyyət | 14:15 • 23 Noyabr 2020
Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından

Ermənilər tərəfindən əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayev sağdır.


Bu barədə Oxu.Az-a əsir düşən hərbçimizin dayısı Sənan Sadıqov məlumat verib.


"Onun haqqında bildiyim tək şey onun sağ olmasıdır, başqa məlumatım yoxdur”, - deyə S.Sadıqov bildirib.


Xatırladaq ki, erməni tərəfi döyüşdə yaralanan A.Musayevə ilk tibbi yardımın göstərildiyini və sonra xəstəxanaya aparılmasını iddia edən videogörüntülər yaymışdı.


Azərbaycanlı hərbçinin gələcək taleyindən isə heç nə məlum deyil.


Ötən həftə müxbirimiz Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə əlaqə saxlayıb, lakin komitə hərbi əsirlər Amin Musayev və Bayram Kərimov haqqında hər hansı məlumat verməkdən imtina edərək bildiriblər ki, bu şəxslərlə əlaqədar bütün məlumatlar yalnız onların ailələrinə veriləcək.


Lakin hərbi əsirin əmisi S.Sadıqov söyləyib ki, BQXK bu günə qədər ailəyə A.Musayev haqqında məlumat verməyib.


S.Sadıqov deyib ki, hazırda o, BQXK-nin Bakı ofisinin nümayəndəsi ilə görüşmək üçün Bərdəyə gedir.


Qeyd edək ki, A.Musayev Ağstafa rayon sakinidir, ailənin tək övladıdır. Döyüşçünün atası bir neçə il əvvəl vəfat edib.


Biz hadisələrin davamını diqqətdə saxlamağa davam edəcəyik.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024