Xəzər Xəbər

Xocalının deputatı: Xocalıya da, Xankəndiyə də nəzarət bizdə olacaq

Cəmiyyət | 14:19 • 12 Noyabr 2020
Xocalının deputatı:

İkinci Qarabağ savaşından Azərbaycan qalib dövlət kimi ayrıldı.



Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin noyabrın 10-da imzaladığı birgə Bəyanata əsasən, məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıtmalıdır.



Maraqlıdır, bəs Xocalı rayonunun sakinlərinin qayıdışı necə baş verəcək? Xocalı rayon İcra Hakimiyyətinin fəaliyyəti necə qurulacaq?



XəzərXəbər xəbər verir ki, Xocalıdan olan deputat Elman Məmmədov Xocalı və xocalıların gələcək taleyi barədə Modern.az-a danışıb.



O bildirib ki, hələlik bu barədə danışmaq tez olsa da, sənəddə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün tam  təmin olunması öz əksini tapıb: 



"Həmin ərazilər də Azərbaycanın ərazisidir. Sənəddə əvvəlki danışıqlarda olan söhbətlər yoxdur ki ermənilərə hər hansı status verilsin. Xocalı rayonu da digər rayonlarımız kimi müstəqil fəaliyyət göstərəcək. 



Xocalıya da, Xankəndiyə də nəzarət bizdə olacaq. Bu ərazilər artıq Azərbaycandadır. Bizim daxili işimizə heç kim qarışa bilməz. İnsanların həmin rayonlara yerləşdirilməsi məsələsi isə mərhələli şəkildə həllini tapacaq”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024