Xəzər Xəbər

Paşinyan lider kimi Ermənistanı fəlakətə sürükləyir

Cəmiyyət | 17:08 • 24 Oktyabr 2020
Paşinyan lider kimi Ermənistanı fəlakətə sürükləyir

Paşinyan hakimiyyətə gələndə  bir növ Ermənistanın pərdəarxasında apardığı siyasətini üzə çıxardı. O bunu ya düşdüyü vəziyyətdən asılı olaraq ya da özünə çox arxayın olduğu üçün etdi. Müəyyən mənada Ermənistanın əsl niyyətinin nə olduğunu ortaya qoydu. Elan etdi ki işğal edilmiş ərazilər faktiki olaraq Ermənistandır.


Bu sözləri Oxu.Az-a açıqlamasında "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov deyib.


O bildirib ki, Ermənistan daxilində vəziyyətin bu həddə gəlib çatması Paşinyanın illər boyu Ermənistanın apardığı siyasətin üzünü açması ilə baş verdi:


"Paşinyan elə bildi ki, o xalqın iradəsi ilə hakimiyyətə gəlib. Lakin, bu heç də elə deyil. Təbii olaraq bütün bu baş verənlər Ermənistan daxilində siyasi gərginliyə, sosial-iqtisadi problemlərin kəskinləşməsinə gətirib çıxardı. Ermənistan daxilində cəbhədə ciddi məğlubiyyətlə şərtlənən qarşıdurmada sosial gərginliyin daha da dərinləşməsinə zəmin yaratdı. Xalqın iradəsi ilə seçildiyini düşünən Paşinyan elə bilirdi ki, hansısa demokratik cəmiyyət qurub. O elə zənn etdi xalq onun arxasında dayanacaq və başladı populist çıxışlar, bəyanatlar verməyə.


Paşinyanın populist çıxışları, bəyanatları tərəflər arasında danışıqlar prosesinin pozulmasına səbəb oldu. Ermənistan cəmiyyətini faktiki olaraq uçuruma apardı”.


Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsi nəticəsində Qarabağdan Ermənistana 90 min erməninin getdiyi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirən ekspert bu məlumatın həqiqəti əks etdirdiyini düşünmədiyini deyib:


"Mən hesab etmirəm ki, Qarabağda əvvəllər də 90 min erməni yaşamış olsun. Bu rəqəmlər etibarlı deyil. Ümumiyyətlə Ermənistan tərəfin heç bir məlumatını mən dəqiq hesab etmirəm. Təxmin edirəm ki, ən yaxşı halda hərbçilərlə birlikdə 50 min nəfər yaşamış ola bilər”.


Ekspert onu da qeyd edib ki, Paşinyanın Sorosun adamı olması və Rusiyadan uzaqlaşması ilə bağlı məsələyə münasibət bildirmək çox çətindi:


"Ermənistan bu dəqiqə elə bir vəziyyətə düşüb ki, hansı tərəfə meyilli olduğunu demək çətindir. Bu dəqiqə Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün istənilən yola əl atır. Prezident İlham Əliyevin də öz çıxışında dediyi kimi Nikol Paşinyan bütün dünya liderlərinə zəng edib. Zəng etmədiyi uzaq Afrikada hansısa qəbilə başçıları qalıb.


Paşinyanın Rusiyadan uzaqlaşıb NATO-ya, Qərbə meyillənməsi bunların hamısı heç bir stabil siyasətdən xəbər vermir. O elə düşündü ki, Soros, Qərb onun arxasında dayanacaq. Lakin, reallıq deyilən bir şey var. Bu gün Rusiyaya da, NATO-ya da yalvarır. N.Paşinyan bir rəhbər, lider kimi Ermənistan cəmiyyətini fəlakətə sürükləyir”.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024